» » » TQDK-nın mətbuat xidməti işdən çıxdı (FOTO)

TQDK-nın mətbuat xidməti işdən çıxdı (FOTO)

TQDK-nın mətbuat xidməti işdən çıxdı (FOTO)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə vəzifəsindən azad edilib.
Bu barədə TQDK-nın mətbuat xidmətindən məlumat verilib. "Elnur Nağızadənin işdən azad edilməsi doğru xəbərdir. O, öz ərizəsi ilə işdən azad edilib. Onun yerinə hələ heç kim təyin olunmayıb. Bu, uzun prosesdir. Vakansiya təyin olunacaq və bundan sonra işə götürülmə həyata keçiriləcək".
Elnur Nağızadə açıqlamasında xəbəri təsdiqləyib. O, 10 ildən çoxdur, TQDK-da çalışdığını deyib. "Beş ildən artıqdır ki, mətbuat xidmətinin rəhbəri idim. Öz ərizəmlə səhhətimdəki problemlərə görə işdən ayrılmışam. Buradan əldə etdiyim təcrübə mənim gələcək işlərimə də böyük köməkdir".
TQDK-nın mətbuat xidməti işdən çıxdı (FOTO)

Elnur Nağızadə - TQDK-nın mətbuat xidmətinin rəhbəri
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılıb. Ali məktəblərə tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilir.
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan prezidentinə tabedir.
Hazırda Məleykə Mehdi qızı Abbaszadə TQDK-ya rəhbərlik edir.