» » » 300-ə yaxın əlil və şəhid ailəsi mənzillə təmin edilib

300-ə yaxın əlil və şəhid ailəsi mənzillə təmin edilib

300-ə yaxın əlil və şəhid ailəsi mənzillə təmin edilib

Daha 400 nəfərə avtomobil verilib.

Ötən il 300-ə yaxın  əlil və şəhid ailəsi mənzillə təmin olunub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsindən bildiriblər.

“Nazirlik tərəfindən respublikanın müxtəlif bölgələri üzrə 82 fərdi yaşayış evi, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evi, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub”, - deyə nazirlikdən qeyd edilib. 

Bundan başqa, ƏƏSMN bu kateqoriyadan olan şəxslərin avtomobillə təminatı məsələlərinə də toxunub:

“Hələ 2014-cü il ərzində həmin ilədək növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı başa çatdırılıb və imtiyazlı şəxslərin elə növbəyə dayandıqları ildə avtomobillə təminatına başlanılıb. 2015-ci ildə daha 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs “Naz-LİFAN” markalı avtomobillə təmin ediliblər”.