» » » Azərbaycanda "donuz qripi"nə görə həyəcan (VİDEO)

Azərbaycanda "donuz qripi"nə görə həyəcan (VİDEO)

Azərbaycanda "donuz qripi"nə görə həyəcan (VİDEO)

Ölkədə "donuz qripi" təhlükəsi ilə bağlı sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.
ANS TV-nin məlumatına görə, xüsusən Türkiyədə donuz qripinə yoluxma və xəstəlikdən ölüm halları Azərbaycanın sərhəd-keçid məntəqələrinin xüsusi iş rejiminə keçməsinə səbəb olub.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib:
“İstər quş, istərsə də donuz qripinin əsas əlaməti insanda temperaturun olmasıdır. Ona görə də bütün sərhəd-keçid məntəqələrində xüsusi qurğular vasitəsilə hərarəti olan insanları müəyyən etmək mümkündür. Bundan başqa sərhəddə artıq həkimlər də fəaliyyət göstərir. Bununla bağlı Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edilir. Nazirliyin əməkdaşları məsələ ilə bağlı Dövlət Gömrük Xidmətinin işçilərinə seminarlar keçirəcək”.