» » » Çaqqalı boğan azərbaycanlı

Çaqqalı boğan azərbaycanlı

Çaqqalı boğan azərbaycanlı

Şabranda evlərə soxulan vəhşi heyvanı evin sahibi öldürüb. Ucarliyiq.biz-inşimal bürosunun əməkdaşları hadisə yerində olub.
Çaqqalı boğan azərbaycanlı

Şabranda evə hücum etmiş çaqqal
Hadisə bu gün günorta saatlarında Şabran şəhərinin Rəşid Behbudov küçəsindəki 16 A saylı evin həyətində baş verib. Küçədən evə qayıdan ev sahibi Arzuman Eyyubov qapıda qəfildən vəhşi heyvanın - çaqqalın hücümuna məruz qalıb. Şabran sakini heyvanın ona hücüm etdiyini görüb onu öldürməli olub.
Əməlli-başlı, demək olar ki, onunla mübarizə aparib. Çaqqalı öldürüb. Ona çaqqalı oldurməkdə həyətindəki vəfalı iti komək edib.
"Elə bildim öz itimdir. Gördüm ki, yox, bu, başqa heyvandır. Əlbəyaxa olduq. Əlimi dişlədi, qolumu dişlədi. Məcbur oldum, qoydum ayağımın altina, boğdum. İtim də yerindən qırıldı, gəldi. İtin koməkliyi də çatdı mənə", - deyə Arzuman Eyyubov bildirir.
Çaqrılmamış qonaq əvvəlcə yolunu qonşu həyətdən salıb.
Çaqqalı boğan azərbaycanlı

ANS-in çəkiliş qrupu hadisə yerində
Çaqqalı boğan azərbaycanlı

Zərərçəkmiş Arzuman Eyyubov
Çaqqalı boğan azərbaycanlı

Təcili yardım həkimi Arif Əhmədov
Qonşu Yaqut Həsənova deyir: "Birinci bizim həyətə gəldi-girdi. Qatdı qabağına, getdim girdim evə. Örtdüm qapını. Getdi onların həyətinə".
Çaqqalla əlbəyaxa olan Arzuman Eyyubovun çiynini və əl-qolunu heyvan yaralayıb.Yaralı dərhal Şabran rayon mərkəzi xəstəxanasının təcili yardımı ilə cərrahiyyə şöbəsinə aparlıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub.
Təcili yardım həkimi Arif Əhmədov bildirir ki, Arzuman Eyyubovun 2 iynəsi qalıb: "3 gündən bir gərək 3 dəfə vurulsun".
Müraciət əsasında əraziyə gələn Şabran baytarlıq idarəsinin əməkdaşları çaqqalın cəsədini çala qazaraq yandırıblar.
Çaqqalı boğan azərbaycanlı

Şabran İcra Hakimiyyətinin əməkdaşları
Çaqqalı boğan azərbaycanlı

Çaqqalı yandırdılar
Baytarlıq idarəsindən məlumatına görə, çaqqalın dişlədiyi həyət iti də nəzarətə götürlüb. Ona sabah quduzluq əleyhinə vaksin vurulacaq.
Çaqqalı boğan azərbaycanlı

Çaqqalın dişlədiyi həyət iti
Şabran İcra Hakimiyyətinin əməkdaşları da çaqqal hücümüna məruz qalmış Arzuman Eyyubovun həyətinə gəliblər və bildiriblər ki, ailədə quduzluğun baş verməməsi üçün ona hər cür köməklik ediləcək.
Çaqqalı boğan azərbaycanlı

Evə hücum etmiş çaqqal