» » » Hollandiyadan piyada Azərbaycana gəldi – FOTO

Hollandiyadan piyada Azərbaycana gəldi – FOTO

Hollandiyadan piyada Azərbaycana gəldi – FOTO

“Hər ay səhayətə 700 avro xərcələyirəm”.

Piyada dünya səyahətinə çıxan Hollandiya vətəndaşı Bart Jan Van Rossum Azərbaycana gəlib. 

ucarliyiq.biz xəbər verir ki,APA-nın yerli bürosunun məlumatına görə, o Azərbaycanın cənub rayonlarında olub.

Səyyah bildirib ki, səyahətə çıxmaq fikrinin onda bir müddət öncə Türkiyədə olanda yaranıb.

Səyahətinə də İstanbul şəhərindən başlayıb.

Azərbaycanda olduğu 20 gün ərzində əcnəbi turist çoxlu bilgi əldə etdiyini  deyib: 

"Piyada səyahət etməklə ölkəni daha çox görmək olur. Hər yeri görmək, daha çox bilgi əldə etmək mümkündür. Piyada səyahət zamanı insanlarla daha çox təmasda olursan. Sizin ölkənizin insanları ilə də ünsiyyət imkanım oldu, insanlarınız çox səmimidirlər".

Qonaq bildirib ki, səyahət zamanı hava şəraitinə uyğun olaraq ya çadırda, ya da hoteldə gecələyir. Hər ay səhayətə 700 avro xərcələdiyini deyən səyyah gün ərzində ən azı 30-40 km məsafə qət etdiyini söyləyib: 

"Piyada gəzmək yaxşı olsa da, bəzən çətinlikərlə də üzləşirəm. Uzun, kimsənin olmadığı yollarla addımlamaq adamı bezdirir”.

Qeyd edək ki, həvəskar səyyah Azərbaycandan sonra İran və Türkmənistandan keçməklə səyahətini Çində başa vurmağı planlaşdırır.

Hollandiyadan piyada Azərbaycana gəldi – FOTO

Hollandiyadan piyada Azərbaycana gəldi – FOTO