» » » Nazir DİN generalının oğlunu vəzifəsindən azad etdi

Nazir DİN generalının oğlunu vəzifəsindən azad etdi

Nazir DİN generalının oğlunu vəzifəsindən azad etdi

Ramil Usubov sərəncam imzalayıb.

Daxili işlər naziri (DİN) Ramil Usubov Suraxanı Rayon Polis İdarəsinin Yol Polis Bölməsinin rəisi, mayor Emin Məmmədovu vəzifəsindən azad edib.

ucarliyiq.biz AzNews.az-a istinadən xəbər verir ki, nazirin digər sərəncamı ilə onun yerinə mayor Sadiq Abbasov təyini olunub. 

Emin Məmmədovun vəzifədən azad edilməsinə səbəb kimi, onun barəsində çoxsaylı şikayətlərin olması göstərilir. 

Qeyd edək ki, işdən çıxarılan rəis nazirin keçmiş müavini, general-leytenant Əsgər Ələkbərovun oğludur.

Əsgər Ələkbərov 2001-ci ildən 2014-cü ilə kimi Daxili İşlər Nazirinin müavini vəzifəsində çalışıb. Onun 5 övladı var.