» » » Respublikada qarlı hava müşahidə ediləcək (VİDEO)

Respublikada qarlı hava müşahidə ediləcək (VİDEO)

Respublikada qarlı hava müşahidə ediləcək (VİDEO)

Yanvarın 9-da Bakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu keçəcək. Axşama doğru buludluluq artacaq, yağış yağacaq. Havanın temperaturunun gündüz 9° isti olacağı ehtimal olunur.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava buludlu keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq, qərb küləyi arabir güclənəcək. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturunun 7° isti olacağı gözlənilir.
Qərb bölgələri: Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən buludlu və yağıntılı keçəcək. Səhər saatlarında da bu bölgələrdə bəzi ərazilərdə zəif duman gözlənilir. Qərb istiqamətindən əsən külək günün ikinci yarısından sonra daha da güclənəcək. Sulu qar və qar yağacaq. Havanın temperaturu isə 9° istini göstərəcək.
Şimal-qərb bölgələri: Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu və yağıntılı olacaq. Bu rayonlarda bəzi ərazilərdə qərb istiqamətində əsən küləyin arabir güclənəcəyi ehtimal edilir. Axşama doğru qar və sulu qar yağacaq. Havanın temperaturunun 8° isti olacağı müşahidə olunacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu və yağıntılı olacaq. Sulu qar və qar yağacaq. Çiskin müşahidə olunacaq. Havanın temperaturu 11° isti olacaq.
Cənub-şərq bölgələri: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən buludlu və yağıntılı olacaq. Bəzi ərazilərdə zəif duman müşahidə olunacaq. Axşama doğru əsən şimal-şərq küləyi arabir güclənəcək və sulu qar və qar yağacaq. Havanın temperaturunun gündüz 11° isti olacağı deyilir.
Naxçıvan Muxtar Respublikasının ərazisində də hava dəyişkən buludlu olacaq. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə ediləcək. Sulu qar və qar yağacaq. Havanın temperaturu isə 4° istini göstərəcək.