» » » Azərbaycanda polisi ölümcül döydülər - VİDEO

Azərbaycanda polisi ölümcül döydülər - VİDEO

Azərbaycanda polisi ölümcül döydülər - VİDEO

O kənd sakinlərini tez-tez incidirdi.

Xaçmazda polis əməkdaşı ilə rayon əhalisi arasında insident yaşanıb.

ucarliyiq.biz Aznews.az-a istinadən xəbər verir ki, rayonun Ağalıq kənd sakinləri həmin ərazidə xidmət aparan yol polisi Cahangir Əliyevə hücum çəkərək onu vəhşicəsinə döyüb. Ağır bədən xəsarətləri alan polis əməkdaşı təcili yardım maşını ilə Şabran Ryon Mərkəzi Xəstaxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Rayon sakinlərinin verdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb, polisin kənd sakinlərini tez-tez incitməsi olub. Onların sözlərinə görə, Quba şosesində xidmət aparmalı olan C.Əliyev yolun yalnız sözügedən kənddən keçən hissəsində dayanır, kənd sakinlərini yeri gəldi-gəlmədi saxlayıb, onlardan rüşvət tələb edirmiş. Buna görə də sakinlər yığışıb ondan kəndi tərk etməsini, xidməti şosenin başqa hissəsində aparmasını tələb ediblər. Bununla razılaşmayan polis kənd əhalisinin hücumuna məruz qalıb və xəstəxanalıq olub.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl sayt Cahangir Əliyevin sürücüdən rüşvət almasını əks etdirən videogörüntülər yaymışdı. 

Həmin görüntüləri yenidən təqdim edirik: