» » » Göygöldə meşədə kişi meyiti tapıldı

Göygöldə meşədə kişi meyiti tapıldı

Göygöldə meşədə kişi meyiti tapıldı

Faktla bağlı cinayət işi açılıb.

Göygöl rayonunun Şəhriyar kəndi ərazisindəki meşədə üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb.

ucarliyiq.biz Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qətlə yetirilənin şəxsiyyəti hələlik müəyyən edilməyib. Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi araşdırılır.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə gətirilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.