» » » DİN-dən cərimə sistemi ilə bağlı – AÇIQLAMA

DİN-dən cərimə sistemi ilə bağlı – AÇIQLAMA

DİN-dən cərimə sistemi ilə bağlı – AÇIQLAMA

“Hazırda normal fəaliyyət göstərir”.

Daxili İşlər Nazirliyi sürücü cərimələri yoxlayan sistemin deaktiv olması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ucarliyiq.biz-ə qeyd edib ki, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin texniki təminatı daha müasir və qabaqcıl texnologiyalar əsasında hazırlanmış yeni proqram təminatına keçirilib.

Kamran Əliyevin sözlərinə görə, həmin keçid zamanı bəzi texniki nasazlıqlar yaranıb ki, artıq onlar tam şəkildə aradan qaldırılıb. 

“Hazırda mərkəzi informasiya sistemi həmişə olduğu kimi normal fəaliyyət göstərir”.