» » » Əri kredit götürdükdən sonra qadın itkin düşdü – FOTO

Əri kredit götürdükdən sonra qadın itkin düşdü – FOTO

Əri kredit götürdükdən sonra qadın itkin düşdü – FOTO

O, depressiyaya düşüb.

2016-cı ilin ilk günündə Neftçala sakini 51 yaşlı Xoşbəxt İmanova itkin düşüb.

ucarliyiq.biz haqqin.az-a istinadən xəbər verir ki, X.İmanovanın əri Fəxrəddin və oğlu Vüqar traktorçu işləyirlər. Onlar öz K-700 traktorları ilə yerli fermer təsərrüfatlarında işləyirlər.

Bu yaxınlarda İmanov bankdan 3500 dollar və 3500 manat kredit götürüb, məqsədi isə traktor üçün yeni ehtiyat hissələri almaq olub. İmanovun kredit götürməsindən 10 gün sonra dolların kursu kəskin artıb. Bu, X.İmanovaya pis təsir edib. O, evdəkilərə nahaq yerə kredit götürdüklərini deyib, belə ki, qışda traktorçular üçün iş olmur, kreditləri isə iki dəfə artıb.

F.İmanov arvadını sakitləşdirməyə çalışsa da qadın depressiyaya düşüb.

O, yanvar ayının 1-də səhər saat 06.00 radələrində hamı yatarkən evdən çıxıb və bir daha geri qayıtmayıb. 11 gündür ki, ondan heç bir xəbər yoxdur.

X.İmanovanın itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

X.İmanovanın oğlu və əri onun intihar edəcəyindən şübhələndikləri üçün dəfələrlə yaxınlıqdakı su hövzələrinə və Kür sahillərinə baxıblar. Amma qadını tapa bilməyiblər.

Rayon polis idarəsində itkin düşmüş X.İmanovanın axtarışına dair şərh verməkdən imtina edərək, şərhi DİN-in mətbuat xidmətinin verəcəyini bildiriblər.

Qonşular İmanovlar ailəsini mehriban və sakit bir ailə kimi xarakterizə ediblər.

Əri kredit götürdükdən sonra qadın itkin düşdü – FOTO