» » » Bakının sökülən ən nüfuzlu məktəbinin yerində tikinti başladı (FOTO)

Bakının sökülən ən nüfuzlu məktəbinin yerində tikinti başladı (FOTO)

Bakının sökülən ən nüfuzlu məktəbinin yerində tikinti başladı (FOTO)

Bakının ən nüfuzlu məktəblərindən biri olan, bir müddət öncə sökülən 20 saylı təhsil ocağının yerində inşaat işləri başlayıb. Bir müddət öncə başlayan tikinti işləri sürətlənib.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
"Sökülən 20 nömrəli məktəbin yerinə yenidən təhsil kompleksi tikilir. Sadəcə bu məktəb müasir standartlara cavab verəcək bir təhsil kompleksi olacaq. Bu istiqamətdə işlər sürətlə davam etdirilir və məktəbin 2016-2017-cı tədris ili üçün istifadəyə verilməsi planlaşdırılır", - deyə qurum rəsmisi əlavə edib.
Bakının sökülən ən nüfuzlu məktəbinin yerində tikinti başladı (FOTO)

Cəsarət Valehov - Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri
1958-ci ildən istifadəyə verilən paytaxtın tanınan və sayılıb seçilən məktəblərindən biri olan 20 saylı orta məktəbin sökülməsinə 2014-cü ildə qərar verilib. Məktəbin 3 minə yaxın şagirdi isə paytaxtın bir neçə məktəbi arasında bölüşdürülüb. Məktəb sonuncu dəfə 2008-ci ildə əsaslı təmir olunub və bu işə həmin dövrdə 1 milyon 600 min AZN xərclənib.
Bina söküləndən sonra Bakı Şəhəri İcra Hakimiyyətinin burada park salacağı ilə bağlı məlumatlar yayılıb.
Təhsil naziri Mikayıl Cabbarov da məktəbin ərazisi ilə bağlı yaranmış qalmaqala aydınlıq gətirərək bunun anlaşılmazlıq olduğunu deyib. Nazir öz nitqində Hacıbala Abutalıbovun təhsilə bağlı bir adam olduğunu və bu işdə heç bir problem olmayacağını qeyd edib. O, məktəb-liseyin eskiz layihəsi və digər müvafiq sənədlərin Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq edildiyini vurğulayıb.
Hal-hazırda məktəbdə gedən tikinti işlərindən ən son fotolar:
Bakının sökülən ən nüfuzlu məktəbinin yerində tikinti başladı (FOTO)

Bakının sökülən ən nüfuzlu məktəbinin yerində tikinti başladı (FOTO)

Bakının sökülən ən nüfuzlu məktəbinin yerində tikinti başladı (FOTO)

Bakının sökülən ən nüfuzlu məktəbinin yerində tikinti başladı (FOTO)

20 saylı məktəbin ərazisində aparılan tikinti
Bakının sökülən ən nüfuzlu məktəbinin yerində tikinti başladı (FOTO)

Təhsil kompleksinin layihəsi
Bakının sökülən ən nüfuzlu məktəbinin yerində tikinti başladı (FOTO)

Məktəbin köhnə binası
Məktəbin görünüşündən asılı olmayaraq əsas orada verilən təhsilin səviyyəsidir. Amma təmir olunacaq məktəb şagirdlərdə elmə həvəsi bir qədər də artıra bilər. Odur ki, müasir standartlara uyğun tikiləcək və tezliklə təhvil veriləcək məktəbdə təhsil alan şagirdlərin gələcəkdə ölkəmizin inkişafında rolu olacağına inanırıq.
Həmçinin oxuyun:
Əvvəl təmir edildi, sonra söküldü
Bu da 20 nömrəli məktəbin yeni görüntüsü (FOTO)
Məktəbə 5 mln manat ayrıldı