» » » “Donuz qripi”nə yoluxmamaq üçün – VACİB TƏDBİRLƏR

“Donuz qripi”nə yoluxmamaq üçün – VACİB TƏDBİRLƏR

“Donuz qripi”nə yoluxmamaq üçün – VACİB TƏDBİRLƏR

“Qapalı məkanların havası tez-tez dəyişdirilməlidir”.

"Donuz qripi"nə, eləcə də qripin başqa formalarına yoluxmamaq üçün xəstə insanla danışarkən maskadan istifadə olunmalı və insanların sıx olduğu yerlərdən uzaq durulmalıdır.

ucarliyiq.biz "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyənin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Əli Atalar deyib. 

O bildirib ki, qış fəslində insanlar bədən temperaturuna diqqət etməlidirlər: 

"Qış fəslində insanlar daha çox soyuqdəymədən qrip xəstəliyinə yoluxurlar. Əgər bədən temperaturuna diqqət edilməzsə, bir çox xəstəliklər yarana bilər. "Donuz qripi" temperaturun yüksəlməsi, titrəmə, mədənin bulanması və qusmaya səbəb olan quru öskürək kimi hallarla özünü göstərir. Xəstə insan digər şəxslə danışdığı zaman ətrafa tüpürcək çıxır və tüpürcək dalğaları çox sürətlə yayılır. 

Ona görə də qripə yoluxmuş insan maskadan istifadə etməli və ya danışanda ağzını bağlamalıdır. Qripin formasından asılı olmayaraq, xəstəliyə yoluxan adam izdihamın olduğu yerlərdən qaçmalıdır, çünki özü mikrob yaydığı kimi, ətrafdakı insanlarda olan mikrobları da qəbul edir. İnsanların çox olduğu bağlı məkanların havası tez-tez dəyişdirilməlidir".

O bildirib ki, ümumiyyətlə, qrip xəstəliyində viruslar bir həftə boyunca aktiv şəkildə yayıldığı üçün xəstələnmiş insanlar bir həftə evdə müalicə olunmalı, daha iki gün istirahət etməlidirlər. Xəstə uşaqlar 8-9 gün boyunca məktəbə buraxılmamalıdır.

Qeyd edək ki, "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.