» » » Gömrük Komitəsindən əlavə rüsum xəbərlərinə - MÜNASİBƏT

Gömrük Komitəsindən əlavə rüsum xəbərlərinə - MÜNASİBƏT

Gömrük Komitəsindən əlavə rüsum xəbərlərinə - MÜNASİBƏT

DGK məlumat yaydı.

Bu gün bəzi kütləvi informasiya vasitələrində “Gömrük Komitəsi qiyməti qaldırıb” başlıqlı həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
 
“Konkret ünvan və ad göstərilmədən guya sahibkarlara istinadən Dövlət Gömrük Komitəsi tərəfindən Rusiya Federasiyasından idxal olunan meşə materiallarına görə əlavə rüsum alınması barədə informasiyalar yer alıb. Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş, “Gömrük Tarifi Haqqında Qanun”a uyğun olaraq vergi və rüsumlara cəlb edilir, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə, ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir”, - deyə açıqlamada bildirilir.