» » » Azərbaycanda qeyri-adi ev (FOTO)

Azərbaycanda qeyri-adi ev (FOTO)

Azərbaycanda qeyri-adi ev (FOTO)

Siyəzənin Eynibulaq kənd sakini, 46 yaşlı İsbat Zeynalov yaşadığı 2 mərtəbəli evinin 1-ci mərtəbəsindəki 2 otağın hər yerində tok olduğunu deyir.
Onun sözlərinə görə, təxminən 20 gün - 1 ay bundan əvvəl ailə üzvləri otaqlarda enerji olduğunu hiss edib və görüblər. Əvvəl deyilənlərə inanmayan ev sahibi özü də indikatorla divarlara toxunanda həqiqətən burada elektrik olduğunu öz gözləri ilə görüb və bu onda çox təəccüb yaradıb.
Çəkiliş qrupumuz həmin evdə olarkən deyilənləri özümüz görə bildik. Amma həmin tok görüntülərini video kameraya köçürmək mümkün olmasa da ailənin mobillə çəkdiyi görüntülərin həqiqətən maraqlı olduğu qənaətinə gəldik.
Evin sahibi İsbat Zeynalov bu evin 50 ildir - özünün doğulmasından 4 il əvvəl tikildiyini, indi rastlaşdıqları bu hadisədən baş açmadıqlarını bildirdi. Rayonda əlaqədar qurumları məlumatlandıran İsbat Zeynalov evində baş verən bu maraqlı olayın nə olduğunu heç cür isbat edə bilmir ki, bilmir.
"Ola bilsin ki, radiasiya şüalanmasıdır. Bunun üçün FHN-ə məlumat verilməlidir. Mən ora məlumat verdim. Regional şöbədən - Xaçmaz Zonasından gəldilər. Onlar da gəldi, baxdı, öz gözləri ilə şahidi oldular, bir şey başa düşmədilər", - ev sahibi İsbat Zeynalov bildirdi.
"Tok" görünmə yerinə "Azərişığ"ın Siyəzən rayon şöbəsinin nümayəndələri də gəlib. Onlar da burada "tok"la bağlı heç bir narahatlıq olmadığını müşahidə ediblər. Şəbəkə rəisinin dediyinə görə, enerji və qaz xətlərini şəbəkədən tam ayırsalar da otaqlarda yenə "tok" müşahidə edilib
"Ani vaxtda bütün şübhələndiyimiz işləri gördük, kəndin kənarından keçən neft kəmərindəki gərginliyi də açdıq.Yenə həmin hadisələr baş verir", - "Azərişığ"ın Siyəzən rayon şöbəsinin rəisi Qismətəli Əsədov deyib.
Siyəzən İH-nin Eynibulaq kəndi üzrə nümayəndəsi Rasim Tahirli məsələdən rayon rəhbərliyinin də xəbəri olduğunu bildirdi.
"FHN-ə bu barədə məlumat verilib. Yəni ki, yaxın 1-2 gün ərzində onlar öz mütəxəssislərini göndərəcək və onlar bu məsələni araşdıracaqlar", - Eynibulaq kəndi üzrə nümayəndəsi Rasim Tahirli bildirib.
FHN-in Xaçmazdakı Şimal Regional mərkəzindən isə bildirildi ki, qurum təmsilçiləri həmin evdə olublar, onlar burada "tok" yaranmasının hansı səbəbdən baş verməsini ayırd etməyiblər. Burada radiasiya şüalanması şübhəsi olduğundan nazirliyin izotop müəssisəsinə bu barədə məlumat verilərək onların mütəxəssislərinin Siyəzəndə yerində müayinə aparılması təmin olunacaq.
Azərbaycanda qeyri-adi ev (FOTO)

Azərbaycanda qeyri-adi ev (FOTO)

Azərbaycanda qeyri-adi ev (FOTO)

Azərbaycanda qeyri-adi ev (FOTO)

Azərbaycanda qeyri-adi ev (FOTO)

Azərbaycanda qeyri-adi ev (FOTO)

Azərbaycanda qeyri-adi ev (FOTO)

Azərbaycanda qeyri-adi ev (FOTO)