» » » Bakıda maşın hamilə qadını vuraraq öldürdü – FOTO

Bakıda maşın hamilə qadını vuraraq öldürdü – FOTO

Bakıda maşın hamilə qadını vuraraq öldürdü – FOTO

Cinayət işi başlanılıb.

Bakıda maşın hamilə qadını vuraraq öldürüb.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, Xocahəsən qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yüksək sürətlə hərəkətdə olan “Volkswagen” markalı avtomobil yolu keçmək istəyən Həqiqət Məmmədovanı vurub.

Zərbənin təsirindən piyada avtomobilin ön şüşəsini qıraraq avtomobilə daxil olub. Hadisədən sonra sürücü piyadanı xəstəxanaya çatdırıb. Lakin çoxsaylı xəsarətlər alan hamilə Həqiqət Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində polis əməkdaşları olublar. İlkin ehtimala görə, qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub.

Sürücünün ifadəsi alınıb, avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar Baş Dövlət Yol İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Bakıda maşın hamilə qadını vuraraq öldürdü – FOTO

Bakıda maşın hamilə qadını vuraraq öldürdü – FOTO

Bakıda maşın hamilə qadını vuraraq öldürdü – FOTO