» » » Lənkəranda aksiya keçirilib

Lənkəranda aksiya keçirilib

Lənkəranda aksiya keçirilib

Aksiya iştirakçıları dağılışıblar.

Bu gün Lənkəran rayonunun Liman şəhərində bir qrup rayon sakini aksiya keçirib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, aksiya iştirakçıları Ələt-Astara magistralını bağlamağa cəhd göstəriblər.

Hadisə yerinə polis qüvvələri cəlb edilib, eyni zamanda rayon icra hakimiyyətinin rəsmiləri gəlib.

Lənkəran şəhər İcra Hakimiyyətindən bildirilib ki, aksiya insidentsiz başa çatıb: 

“Bu gün 100-ə yaxın sakin Ələt-Astara yolunu bağlamağa cəhd edib. Lənkəran şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir”.