» » » Siyəzəndə etirazla bağlı – AÇIQLAMA

Siyəzəndə etirazla bağlı – AÇIQLAMA

Siyəzəndə etirazla bağlı – AÇIQLAMA

İcra başçısı vətəndaşları qəbul edib.

Bu gün Siyəzən rayonunda bir qrup sakinin İcra Hakimiyyətinin qarşısına toplaşmasına qurumdan münasibət bildirilib.

ucarliyiq.biz xəbər verir ki, Siyəzən rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Zəfər Əliyev APA-ya açıqlamasında bildirib ki, icra hakimiyyətinin qarşısına gələn vətəndaşlar əsasən unun və digər ərzaq məhsullarının süni qiymət artımına etiraz ediblər: 

"Onlar həmçinin quşçuluq təsərrüfatında öz hesabına məzuniyyətə buraxılanların işlə təmin olunmasını istəyiblər".

Z. Əliyevin bildirdiyinə görə, Siyəzən RİH-nin başçısı Asif Hüseynov vətəndaşları qəbul edib: 

"Görüşdə rayon sakinləri 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilən Tahir Süleymanovla görüşün keçirilməsini istəyiblər. Sabah saat 09:00-da rayonun Mədəniyyət sarayında görüş keçirilməsi planlaşdırılıb".