» » » Metohəssas insanlar üçün əlverişli hava olacaq (VİDEO)

Metohəssas insanlar üçün əlverişli hava olacaq (VİDEO)

Metohəssas insanlar üçün əlverişli hava olacaq (VİDEO)

Yanvarın 13-nə Bakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu keçəcək. Axşama doğru buludluluq artacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gündüz 11° isti olacağı ehtimal olunur.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava buludlu keçəcək. Zəif duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun 10° isti olacağı gözlənilir.
Qərb bölgələri: Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən tutulub-açılacaq, dəyişkən buludlu olacaq. Səhər saatlarında da bu bölgələrdə bəzi ərazilərdə zəif duman gözlənilir. Qərb istiqamətindən əsən külək arabir güclənəcək. Havanın temperaturu isə 14° istini göstərəcək.
Şimal-qərb bölgələri: Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu olacaq. Zəif duman müşahidə olunacaq. Qərb istiqamətində əsən küləyin arabir güclənəcəyi ehtimal edilir. Havanın temperaturunun 12° isti olacağı müşahidə olunacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən dəyişkən buludlu olacaq. Zəif duman müşahidə olunacaq. Havanın temperaturu 15° isti olacaq.
Cənub-şərq bölgələri: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən dəyişkən buludlu olacaq. Bəzi ərazilərdə zəif duman müşahidə olunacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gündüz 14° isti olacağı deyilir.
Naxçıvan Muxtar Respublikasının ərazisində də hava dəyişkən buludlu olacaq. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə ediləcək. Havanın temperaturu isə 13° istini göstərəcək.