» » » Binəqədi-Balaxanı yolunda dəhşətli qəza: Ölənlər var

Binəqədi-Balaxanı yolunda dəhşətli qəza: Ölənlər var

Binəqədi-Balaxanı yolunda dəhşətli qəza: Ölənlər var

Faktla bağlı cinayət işi açılıb.

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. 

ucarliyiq.biz xəbər verir ki, Lent.az-ın məlumatına görə, bu gecə Binəqədi-Balaxanı yolunda "Opel" markalı minik avtomobili qəzaya uğrayıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Əzizova Maral İslam qızı və Ağayev Mirrasim Ağa oğlu aldıqları ağır xəsarətlərdən vəfat edib. 

Sürücü və daha bir nəfər isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş başlanılıb.

Araşdırma aparılır.