» » » Naxçıvanda 10 evi və 341 yardımçı tikili söküləcək

Naxçıvanda 10 evi və 341 yardımçı tikili söküləcək

Naxçıvanda 10 evi və 341 yardımçı tikili söküləcək

Xəbərdarlıqlar edilib.

Naxçıvanda 2015-ci ildə aparılan yoxlamalar zamanı Muxtar Respublikanın şəhər və rayonlarında torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına da rast gəlinib.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Muxtar Respublika üzrə 713 vətəndaşın 46,5 hektar torpaq sahəsindən qanunsuz istifadə etdiyi aşkarlanıb, 10 qanunsuz fərdi yaşayış evi, 341 qanunsuz yardımçı tikili qeydə alınıb. 

Aşkarlanmış faktlar aktlaşdırılaraq torpaqların əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıqlar edilib. 

Hazırda torpaqlardan istifadəyə dövlət nəzarətinin artırılması istiqamətində işlər davam etdirilir.