» » » Tovuzda 21 yaşlı qız yoxa çıxdı

Tovuzda 21 yaşlı qız yoxa çıxdı

Tovuzda 21 yaşlı qız yoxa çıxdı

Araşdırma aparılır.

Tovuz rayonunda 21 yaşlı qız yoxa çıxıb.

ucarliyiq.biz xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı yaşadığı evdən gedib və geri qayıtmayıb.

Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanların əməkdaşları Z. Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər. 

Məlumata görə, ötən gün itkin düşən Z. Məhərrəmova sonuncu dəfə evdə qardaşı 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olub.

Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşlar hadisə yerində araşdırma aparırlar.