» » » "Günəşli" neftçiləri bulvarda anıldı (FOTO)

"Günəşli" neftçiləri bulvarda anıldı (FOTO)

"Günəşli" neftçiləri bulvarda anıldı (FOTO)

Bu gün Bakıda - Dənizkənarı Milli parkda "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərin xatirəsi anılıb.
Ucarliyiq.biz xəbər verir ki, "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın hadisəsindən bu gün 40 gün ötür. Gənclər, yaşlılar, uşaqlar itkin düşənlərin xatirəsini anmaq üçün Bakı Bulvarına gəliblər.
Peşəsindən, yaşından, milliyətindən asılı olmayaraq onlarla insan bir-birinin dərdinə şərik çıxıb. Aksiyaya qatılanlar göz yaşları içərisində neftçiləri anıb, onlara dualar ediblər. Bundan başqa, onlar həm dənizə qərənfillər atıblar, həm də sahilə güllər düzüblər.
Neftçiləri ananlar arasında deputat Aydın Mirzazədə də olub.
"Günəşli" neftçiləri bulvarda anıldı (FOTO)

Neftçiləri anmağa gələnlər
"Günəşli" neftçiləri bulvarda anıldı (FOTO)

Aydın Mirzəzadə - deputat
Mərasimin axşamadək davam edəcəyi gözlənilir. Buna bənzər aksiya ötən ilin dekabrın 7-də də olub. O zaman da onlarla insan bulvara axışaraq, ölən və itkin düşən neftçiləri anıblar. Həmin fotoları sizə təqdim edirik:
"Günəşli" neftçiləri bulvarda anıldı (FOTO)

"Günəşli" neftçiləri bulvarda anıldı (FOTO)

Neftçilərin anım mərasimi
Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan verilən əlumata görə,baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
"Günəşli" neftçiləri bulvarda anıldı (FOTO)

Yanan platforma
Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub. 11 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 22 nəfərin axtarışı davam etdirilir. Onların bəzilərinin meyiti Türkmənistan sahillərindən tapılıb.

Türkmənistan
Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Budkada 3 nəfər olub.
Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardır:
Rzaxanov Edik Rivazin o. 15.01.1983
Babazadə Tural Fətəli o. 01.09.1993
Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
Qasımov Bayram Mirzəağa o. 20.03.1978
Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
Niyazov Seyfəddin Abil o. 09.02.1968
İskəndərov İnqilab Osman o. 29.11.1957
Mayborda Oleq Akimoviç 21.11.1971
Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
İbrahimov Xalid Bəşir o. 12.08.1971
Həsənov Zaur Vahid o. 24.12.1975
Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
Hüseynov Bəhlul Sirac o. 25.11.1969
Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
Xəlilov Zaur Arif o. 15.09.1975
Sahmarov Sahib Güloğlan o. 02.08.1973
Əliyev Əyyub Xəlil o. 22.07.1973
Neft daşlarında itkin düşənlər:
1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev
1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov
1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov