» » » Azərbaycanda çalışan əcnəbilərin sayı açıqlandı

Azərbaycanda çalışan əcnəbilərin sayı açıqlandı

Azərbaycanda çalışan əcnəbilərin sayı açıqlandı

Dövlət Sosial Müdafiə Fondu məlumat yaydı.

2016-cı il yanvar ayının 1-nə olan statistikaya əsasən, 2015-ci ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 23,7% artıb. 2015-ci il ərzində Fond tərəfindən əlavə olaraq 5 334 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 27 868-ə yüksəlib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) ucarliyiq.biz-a bildirilib. 

“Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,9%-i  (24 485 nəfər) kişilər, 12,1%-ni (3 383 nəfər) isə qadınlar təşkil edir. 

Ümumilikdə 116 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 797 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 3018-ə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1692-ə çatıb.

Sonrakı yerlərdə Hindistan (1036), İran İslam Respublikası (978), Çin Xalq Respublikası (856), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (580) Pakistan İslam Respublikası (546), Ukrayna (456), Banqladeş Xalq Respublikası (442), Özbəkistan (283) , Filippin (256), Almaniya (256), ABŞ (244), Qazaxıstan (223), Türkmənistan (213), İtaliya (198), Koreya Respublikası (192), Bosniya və Hersoqovina (162), Polşa (137), Malayziya (119)  və s. ölkələr gəlir”, - deyə Fonddan bildirilib.