» » » Sumqayıtda şagirdi döyən müəllim işdən azad olundu (YENİLƏNİB) (FOTO, VİDEO)

Sumqayıtda şagirdi döyən müəllim işdən azad olundu (YENİLƏNİB) (FOTO, VİDEO)

Sumqayıtda şagirdi döyən müəllim işdən azad olundu (YENİLƏNİB) (FOTO, VİDEO)

Sumqayıtda Təhsil Nazirliyinin mətbuat xidmətinin katibi Cəsarət Valehov da məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırma apardıqlarını deyib. Onun sözlərinə görə, müəllim haqqında qərar yaxın vaxtlarda açıqlanacaq.
Sumqayıtda şagirdi döyən müəllim işdən azad olundu (YENİLƏNİB) (FOTO, VİDEO)

Cəsarət Valehov - Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Ötən gün Sumqayıt şəhəri 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirib.
Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinfin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edib.

Müəllimin şagirdi döymə anı
Sumqayıt şəhəri 22 saylı orta məktəb - 1972-ci ildə fəaliyyətə başlayıb. Məktəb 2 növbəlidir. Məktəbdə 961 nəfər şagird təhsil alır. Onlardan 69-u məcburi köçkün, 26-sı şəhid ailəsindəndir. 22 saylı məktəbin müəllimlərinin ümumi sayı 137-dir. Məktəb layihə üzrə 1776 yerlikdir.