» » » Statistika Komitəsinin qarşısındakı dairədə nəqliyyatın hərəkəti dəyişə bilər

Statistika Komitəsinin qarşısındakı dairədə nəqliyyatın hərəkəti dəyişə bilər

Statistika Komitəsinin qarşısındakı dairədə nəqliyyatın hərəkəti dəyişə bilər

NİİM məlumat yaydı.

Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə nəqliyyat vasitələrinin hərəkətində dəyişiklik edilə bilər.

ucarliyiq.biz-ın verdiyi xəbərə görə, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

"Sözügedən dairədə üçbucaq formasında olan adacığın dəyişdirilərək başqa formada olması ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlamışıq. Biz bu təklifimizlə həmin ərazinin yüklənməsini azaltmaq və nəqliyyat vasitələrinin daha rahat şəkildə digər istiqamətlərdə hərəkətini bərpa etmək istəyirik", - deyə Ş. Mehmanqızı bildirib.

Bundan başqa, qurum rəsmisi bildirib ki, NİİM aidiyyatı qurumlara ümumilikdə 70-ə yaxın təklif irəli sürüb, onlardan 30-u icra olunub, digərləri isə icra olunmaqdadır.