» » » Müğənni Sevda: İnanmıram ki, müəllim şagirdi durduğu yerdə vursun – VİDEO

Müğənni Sevda: İnanmıram ki, müəllim şagirdi durduğu yerdə vursun – VİDEO

Müğənni Sevda: İnanmıram ki, müəllim şagirdi durduğu yerdə vursun – VİDEO

“Ancaq vəhşilik...”.

Müğənni Sevda Sanalıyeva sosial şəbəkədə Sumqayıtda şagirdi döyən müəllimə münasibət bildirib.

ucarliyiq.biz xəbər verir ki, ifaçı hadisə ilə bağlı bunları yazıb: 

“Uşaqlara əl qaldırmağın əleyhinəyəm. Gördüyüm, şahid olduğum qədər bəzi uşaqların tərbiyyəsi bir oğul anası kimi məni narahat edir. Valideynlərin övladlarına verdiyi tərbiyyə çox acınacaqlıdır. Nə böyüyə hörməti başa salırlar, nə də heyvanlara davranışı. Ancaq vəhşilik...

İnanmıram ki, müəllim şagirdi durduğu yerdə vursun. Əlbəttə, bu hərəkət də düzgün deyil. Nəzərə alsaq ki, o müəllimdir, nümunə göstəricisidir. Valideynlərə sözüm odur ki, sabah övladınıza siz də sözünüzü keçirə bilməyəcəksiz. Övladınızın ətrafa necə davranacaqsa, siz də daha betərini edəcək. Böyüklərə hörmət öyrədin, siz də onu göstərsinlər. “Övladımdır” deyib boş buraxmayın. Bu, mənim şəxsi fikrimdir”.

Qeyd edək ki, ötən gün Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə müəllimin şagirdi döyməsi ilə bağlı video yayılmışdı.

22 saylı məktəbin direktoru Tahirə Səfərova açıqmasında deyib ki, tarix müəllimi İdris Hüseynov dərsi dəfələrlə şagirddən soruşub, lakin şagird dərsi bilmədiyini deyib.

Direktor həmin müəllim işdən çıxmaqla bağlı ərizə yazdığını bildirib.