» » » Müfəttişlərin yeni xüsusi geyim formaları təsdiqləndi – FOTO

Müfəttişlərin yeni xüsusi geyim formaları təsdiqləndi – FOTO

Müfəttişlərin yeni xüsusi geyim formaları təsdiqləndi – FOTO

Geyimindəki ulduzların ölçüsü 22 mm olacaq.

Nəqliyyat Nazirliyi “Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsviri və onların daşınması Qaydası”nda dəyişikliklər edib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, dəyişikliyə əsasən bundan sonra Xidmətin rəisi və rəis müavinləri üçün furajkanın (kepkanın) günlüyünün üzərinə qızılı rəngdə naxış olan üzlük tikiləcək.

Rəis və rəis müavinləri pencəyin qatlanan yaxalığının sağ və sol tərəfində qızılı toxunma palıd yarpağı təsviri, 2 açıq göy rəngli mahuddan 10 mm eni olan nazik kant olacaq. Eyni zamanda Xidmət rəisi və rəis müavinlərinin geyimindəki ulduzların ölçüsü 22 mm olacaq.

Beləliklə, bu dəyişikliklərdən sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərin geyimindəki ulduzlar aşağıdakı kimi müəyyən olunur:

- Xidmətin rəisi üçün – 2 ulduz, aypara və kənarlarında palıd yarpağı toxunmuş qalxan;
- Xidmətin rəis müavini üçün – 1 ulduz, aypara və kənarlarında palıd yarpağı toxunmuş qalxan;
- müdir üçün – 3 ulduz və aypara;
- müdir müavini üçün – 2 ulduz və aypara;
- sektor müdiri üçün – 1 ulduz və aypara;
- baş məsləhətçi üçün – 4 ulduz;
- böyük məsləhətçi üçün – 3 ulduz;
- aparıcı məsləhətçi üçün – 2 ulduz;
- məsləhətçi üçün – 1 ulduz.