» » » Balıqovlama biletlərinin hüquqi qüvvəsi iki ay uzadıldı

Balıqovlama biletlərinin hüquqi qüvvəsi iki ay uzadıldı

Balıqovlama biletlərinin hüquqi qüvvəsi iki ay uzadıldı

"Son vaxtlar sənaye balıq ovunun fasiləsiz davam etdirilməsi ilə bağlı hüquqi və fiziki şəxslər tərəfindən [url=eco.gov.az/ETSN[/url]-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə çoxsaylı müraciətlər daxil olub. Buna görə də nazirlik 2015-ci ildə hüquqi və fiziki şəxslərə verilmiş balıqovlama biletinin hüquqi qüvvəsinin iki ay müddətinə uzadılması barədə qərar qəbul edib. Qərarın qəbuledilməsində məqsəd sənaye balıq ovunun fasiləsiz inkişafını təmin etməkdir."
Balıqovlama biletlərinin hüquqi qüvvəsi iki ay uzadıldı

Bunu açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Müddətin 2 aya uzadılmasına səbəb həm də balıqçılar tərəfindən texniki sənədlərin, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş ov alətlərinin alınması və qaydaya salınması üçün əlavə vaxta ehtiyacıdır."
Balıqovlama biletlərinin hüquqi qüvvəsi iki ay uzadıldı

İradə İbrahimova-ETSN-in mətbuat katibi
Xatırladaq ki ,yanvarın 8-də səhər saatlarında Neftçalanın əsasən Qoltuq və dənizkənarı ətraf kəndlərinin 500 nəfərə yaxın sakini Neftçala- Salyan avtomobil yolunu 2 saata yaxın bağlayaraq etiraz aksiyası keçirmişdi. Dolanışığı dənizdəki balıq ovundan çıxan bu kəndlərin sakinləri balıqovlama biletlərinin müddəti bitdiyindən ETSN tərəfindən balıq ovuna buraxılmamalarından narazılıq etmişdilər...
Balıqovlama biletlərinin hüquqi qüvvəsi iki ay uzadıldı

Neftçalada aksiya