» » » 16 vəzifəli şəxs cinayət başında yaxalandı

16 vəzifəli şəxs cinayət başında yaxalandı

16 vəzifəli şəxs cinayət başında yaxalandı

“169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”.

2015-ci ildə Baş İdarəyə 10 654 vətəndaş müraciəti daxil olub. Bunlardan 2100-ü müsbət həll edilib, 30 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Son 10 gün ərzində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 6 cinayət işi başlanılıb, 7 nəfər şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - deyə, o bildirib. 

Bundan başqa Baş prokurorluq rəsmisi bildirib ki, ötən il ərzində 14 əməliyyat tədbiri nəticəsində 16 vəzifəli şəxs cinayət başında yaxalanıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizı Baş İdarəsinin təqdimatları əsasında 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib:

“İntizam məsuliyyətinə cəlb edilmiş 169 vəzifəli şəxsdən Səhiyyə nazirliyi üzrə 42, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi üzrə 28, Təhsil Nazirliyi üzrə 13, Daxili İşlər Nazirliyi üzrə 48, Müdafiə Nazirliyi üzrə, 1, Fövqəladə Nazirliyi üzrə 1, Gömrük Komitəsi üzrə 1 və digər qurumlar üzrə 35 olub”.