» » » Şagirdi döyən müəllim həbs oluna bilər (VİDEO)

Şagirdi döyən müəllim həbs oluna bilər (VİDEO)

Şagirdi döyən müəllim həbs oluna bilər (VİDEO)

Məktəbdə müəllim şagird münasibətləri həmişə çox vacib amil sayılıb. Bu münasibətlər normal tənzimləndiyi halda həm təhsilin səviyyəsi yüksək olur, həm də şagirdlər təlim tərbiyəyə yiyələnir. Bəzən isə elə olur ki, müəllim uşaqlara elm verməklə yanaşı, onlara güc də tətbiq edir.
Bu cür faktlar isə mütəmadi sosial şəbəkədə yer alır. Son belə fakt Sumqayıtda 22 nömrəli məktəbdə 8-ci sinifdə qeydə alınıb. Təhsil ocağının müəllim və şagird kolletivi həmin müəllimin aqressiv olmadığını desə də, bu fakt onun işdən azad olunmasının qarşısın ala bilməyib.
ANS TV-nin məlumatına görə, sosial şəbəkədə yer alan bu görüntülər Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinifdə qeydə alınıb. Tarix müəllimi İdris Hüseynov 8-ci sinif şagirdi Kənan Xankişizadəyə qarşı zor tərbiq edir. Müəllimi özündən çıxaran səbəb nə olusa olsun. Onun şagirdin üzərinə bu şəkildə hücüm çəkməsi izləyən hər bir kəsdə ikrah hissi oyatdı.
Görüntülüər məktəbin müəllim və şagird kollektivini də şoka salmışdı. Onları daha çox təəccübləndirən isə İdris müəllimi illərlə bu cür tanımamaları idi.
“İdris müəllimi uzun illərdir ki, tanıyırıq. Tarix müəllimi kimi çox savadlı bir müəllimdir. Tarix fənnini çox gözəl bir şəkidə tədris edir. Uşaqların, valdeyinlərin məhəbbətini qazanan bir insandır”, – deyə məktəbin müəllimi Solmaz Sultanova bildirib.
“İdris müəllimi çox yaxşı müəllim idi. Mənə 4 il - 5-ci sinifdən 9-cu sinifə kimi dərs deyib. Onun bir-iki dəfə əsəbləşdiyinin şahidi olmuşam. Bu isə hər bir insada olur”, - deyə məktəbin şagirdi Tural İsgəndərov qeyd edib.
Kollektiv müəllimi nə qədər yaxşı qələmə verməyə çalışsa da, etdiyi hərəkət onun müəllim karyerasına ləkə oldu. İdris Hüseynov artıq vəzifəsindən kənarlaşdırılıb.
Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov deyir ki, hazırda Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi tərəfindən faktla bağlı xidməti araşdırma aparılır və araşdırma başa çatdıqdan sonra, bu müvafiq qurumlara təqdim oluna bilər.
Bu araşdırmaların sonunda müəllimin əməlində cinayət tərkibi müəyyən olunarsa və araşdırmalar hüquq-mühafizə orqanlarında davam etdirilərsə, şagirdinə əl qaldıran İdris Hüseynov hətta həbs oluna bilər.
Hüquqşünas Tahir Əlirzayevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 38-2 maddəsi ilə döymə əməlinə görə 500-1000 manat cərimə və ya 15 günə qədər inzibati həbs nəzərdə tutulur.
Müəllim cəmiyyətin güzgüsüdür, çünki sabahkı cəmiyyəti məhz o bu gün sinif otaqlarında formalaşdırır. Hər hansı kobud münasibət həmin şagirdin cəmiyyətə qarşı aqressiv olmasını və ətrafındakıdara da həmin kobudluğu göstərməsini təbliğ edir. Elə müəllim peşəsinin də çətinlikləri burdadır.
Sən təlim tərbiyə verməlisən, qarşındakı uşağın hansı xasiyyətdə olmasından, özünü necə aparmasından asılı olmayaraq səbirli davranmalısan. Bu isə o qədər asan deyil. Birdəki asan olsaydı hər kəs əsil müəllim zirvəsinə yüksələrdi.