» » » Pediatrdan valideynlərə antiböhran - TƏKLİFİ

Pediatrdan valideynlərə antiböhran - TƏKLİFİ

Pediatrdan valideynlərə antiböhran - TƏKLİFİ

“Bu işdə sizə nənələr də yardımçı ola biləcək”.

Böhranla bağlı son vaxtlar körpə uşağı olan valideynlər ən çox pampersin və süni uşaq qarışıqlarının bahalığindan şikayət edirlər. Anlaşılandır, çünki indiki gəlirlərlə maddi baxımdan çətinlik çəkirlər.

ucarliyiq.biz “Qafqazinfo”-ya istinadən xəbər verir ki, belə bir məqamda ölkənin tanınmış pediatrı Vaqif Qarayev maraqlı antiböhran təkilifi ilə çıxış edib: 

“Uşaqlarınızı bələyin! Bu məsələ bu gün də mübahisəlidir. İyirmi otuz il əvvəl çox qızğın mübahisələr gedirdi. Amma təəccüblü olan o idi ki, bələyin əleyhinə olan psixoloqlar, sosioloqlar, pediatrlar özləri bələklə böyüyüblər. Bəli, indiki uşaqların fizioloji oyanıqlığınə nəzərə alsaq bələk o qədər də uyğun vasitə deyil. Amma siz 50-60 il bundan əvvəlki kimi kip bələməyin. Uşaqlara bütün mənalarda azadlıq vermək lazımdır. 

Əlləri və ayaqları sərbəst qalsın. Kip bələk normal yuxu rejimini pozacaq, uşaq yeməkdən imtina edəcək. Həm də son vaxtlar uşaqlarda bud-çanaq oynağının displaziya halları artdığına görə ayaqlarını bir-birinə kip yapışdırmaq məsləhət deyil. Ancaq əllər və ayaqlar sərbəst qalanda bu problemlərin yaranma ehtimalı azalır. Gecə axırıncı yedizdirmədən sonra kip bələyə bilərsiniz”.

V. Qarayevin sözlərinə görə, bələyin əleyhinə olan arqumentlər bizim indiki durumumuzda keçərli deyil:

“Ona görə uşaqlarınızı çəkinmədən bələyə (kip yox) bilərsiniz. Bu işdə sizə nənələr də yardımçı ola biləcək”.