» » » Tələbələrə şad xəbər: təqaüdlər arta bilər

Tələbələrə şad xəbər: təqaüdlər arta bilər

Tələbələrə şad xəbər: təqaüdlər arta bilər

Təhsil Nazirliyinin hazırladığı yeni layihəyə əsasən, tələbələrin təqaüdləri artırıla bilər.
Ucarliyiq.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirlik “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları’’nı hazırlayaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edib.
Həmin qaydalar “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında’’ 2013-cü ildə verilən sərəncamda dəyişiklik edilməsinə dair prezidentin ötən ilin noyabr ayında imzaladığı sərəncama əsasən hazırlanıb.
"Sərəncam Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq, tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitinin inkişafına və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət edir", - deyə Təhsil Nazirliyindən bildirdilər.
Hələlik artımın nə qədər olacağı bəlli deyil.
Son zamanlar Təhsil Nazirliyi tələbələrin təhsilə olan həvəsini artırmaq üçün bir sıra addımlar atır. Belə ki, bu ildən etibarən, nəinki, ödənişsiz fakültədə oxuyanlar, eləcə də, ödənişli əsaslarla təhsil alanlar da təqaüd alacaqlar.
Ötən ilin yay aylarında təhsil naziri Mikayıl Cabbarov Mirşahin Ağayevlə müsahibəsində bildirib ki, bu gün Azərbaycanda dövlət sifarişi ilə təhsil alan tələbə 4 il ərzində pulsuz oxumaqla yanaşı, həm də dövlətdən təqaüd alır. Pullu, yəni ödənişli təhsil alan isə bu təqaüdü ala bilmir. Nazir bu sistemi rəqabət mühiti üçün ədalətsiz sistem hesab etdiyini dilə gətirmişdi. Mikayıl Cabbarovun sözlərinə əsasən, onların hər ikisi eyni vəziyyətdə olmalıdır və təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir.

Mikayıl Cabbarovun Mirşahin Ağayevə müsahibəsi
2016-cı ilin fevralından tətbiq edilməyə başlanılacaq qaydalara əsasən, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, birinci semestrdən sonra təqaüd yalnız yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələrə veriləcək.
Bununla da ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrlə yanaşı, pullu əsaslarla ali məktəbə daxil olan, lakin dövlət hesabına təhsil alan qaçqın və məcburi köçkünlər, həmçinin, digər imtiyazlı ailələrdən olan tələbələr yüksək akademik nailiyyətlər göstərdikləri təqdirdə təqaüd ala biləcəklər.
Tələbələrə şad xəbər: təqaüdlər arta bilər

Tələbələrin ballara əsasən alacağı təqaüdün miqdarı
Atılan bu addımlar təqdirəlayiqdir və tələbələrin ürəyincədir. Bu isə o deməkdir ki, yeni qaydalar tələbələrin yaxşı oxuma istəyini artıracaq, yuxarıdan aşağı akademik göstəricilərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Eyni zamanda, bu qanunun tətbiqindən sonra təhsilin inkişaf edəcəyinə və savadlı tələbələrin daha çox yetişəcəyinə inamırıq.