» » » Tələbələrin təqaüdləri artırılır - CƏDVƏL

Tələbələrin təqaüdləri artırılır - CƏDVƏL

Tələbələrin təqaüdləri artırılır - CƏDVƏL

Təqaüd yalnız yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələrə veriləcək.

Təhsil Nazirliyinin hazırladığı yeni layihəyə əsasən, tələbələrin təqaüdləri artırıla bilər.

ucarliyiq.biz xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 

Nazirlik “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları’’nı hazırlayaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edib. 

Həmin qaydalar “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında’’ 2013-cü ildə verilən sərəncamda dəyişiklik edilməsinə dair prezidentin ötən ilin noyabr ayında imzaladığı sərəncama əsasən hazırlanıb. 

2016-cı ilin fevralından tətbiq edilməyə başlanılacaq qaydalara əsasən, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, birinci semestrdən sonra təqaüd yalnız yüksək akademik göstəriciləri ilə fərqlənən tələbələrə veriləcək. 

Bununla da ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrlə yanaşı, pullu əsaslarla ali məktəbə daxil olan, lakin dövlət hesabına təhsil alan qaçqın və məcburi köçkünlər, həmçinin, digər imtiyazlı ailələrdən olan tələbələr yüksək akademik nailiyyətlər göstərdikləri təqdirdə təqaüd ala biləcəklər.

Tələbələrin təqaüdləri artırılır - CƏDVƏL