» » » Bakı-Sumqayıt yolunda təhlükə (FOTO)

Bakı-Sumqayıt yolunda təhlükə (FOTO)

Bakı-Sumqayıt yolunda təhlükə (FOTO)

Bakı Beynəlxalq Avtovağzalının ərazisindən keçən hissəsində yaranan çatlar daha da genişlənib.
Ucarliyiq.biz xəbər verir ki, bu böyümə daha çox istinad divarları qurulmuş ərazinin arxa hissəsində, daha dəqiq Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində qeydə alınıb.
Lakin bütün bu genişlənməyə baxmayaraq ərazidə bərkitmə işləri aparılır. Bununla bağlı avtovağzalın üçüncü mərtəbəsindən dayanacağa giriş və çıxış da bağlıdır və ərazidə ağır texnikalar iş aparır.
Bakı-Sumqayıt yolunda təhlükə (FOTO)

Bakı-Sumqayıt yolunda təhlükə (FOTO)

Genişlənən çat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev çatların genişlənməsinə səbəb kimi ərazidə texniki işlərin aparılmasını görür:
"Hazırda ərazidə geoloji proseslər getmir. Ola bilər ki, 6-7 metr qalınlıqda tökmə torpağın üzərinə sement məhlulu vurulduğu üçün orada bərkimə prosesi gedir. Buna görə də ərazidə çökmə yaranır və çatlar da genişlənir. Bu oturma və bərkimə prosesi getdiyi üçün Bakıdan Sumqayıta gedən yolda da çökmə prosesi baş verir. Asfalt qatında genişlənən çatlar da tezliklə aradan qaldırılacaq".
Ələmdar Piriyev ərazidə geoloji araşdırma işlərinin dayandırıldığını da əlavə etdi:
"Əvvəllər mütəmadi olaraq monitorinqlər aparsaq da, hazırda ərazidə bunun üçün müəyyən şərait yoxdur. Çünki hazırda həmin yerdə ağır texnika işlədiyi üçün biz monitornqləri həyata keçirə bilmirik. Bizim yenidən yoxlamaları bərpa etməyimiz üçün işin dayandırılması lazımdır. İşin dayandırılması isə doğru hal deyil".
Bakı-Sumqayıt yolunda təhlükə (FOTO)

Xidmət rəisi bundan sonra havaların yağmurlu keçməsi halında belə sürüşmənin olmayacağını bildirdi:
"Hazırda ərazidə bərkitmə işləri aparılır və quraşdırılan 16-17 metr hündürlüyündəki istinad divarı sürüşmə prosesini dayandırıb. Buna görə də, vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur".
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki çatlar oktyabr ayının əvvəllərində yaranmağa başlayıb. Ərazinin hər gün bir az daha qəzalı vəziyyətə düşdüyünü görən "Azəryolservis" ASC-nin əməkdaşları ərazidə ən böyük təhlükə mənbəyinə çevrilmiş istinad divarının söküntüsünə başlamışdılar.
Bakı-Sumqayıt yolunda təhlükə (FOTO)

Ərazidə işləyən texnika
Lakin ən diqqət çəkən məqam o idi ki, yolda yaranan çatların səbəbini araşdırmaq əvəzinə bəzi qurumlar həmin çatların üzərinə asfalt tökməklə kifayətlənirdilər.
Mütəxəssislər isə həmin çatların üzərinin örtülməsini səhv addım kimi qiymətləndirirdilər.
Ələmdar Piriyev sürüşməyə səbəb kimi, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının ərazidəki yaşıllıqları həddindən artıq çox suvarmasını göstərmişdi.
Hazırda sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış iki tərəfdən də məhdudlaşdırılıb.
Bakı-Sumqayıt yolunda təhlükə (FOTO)

Bakı-Sumqayıt yolunda təhlükə (FOTO)

Bakı-Sumqayıt yolunda təhlükə (FOTO)

Sürüşmə baş verən ərazidən fotolar
Həmçinin oxuyun:
Bakıda gözlənilən fəlakət
Sürüşən avtovağzalımızdan ən yeni fotolar
Beynəlxalq tələblərlə sürüşən avtovağzalımız (FOTO)
Sürüşən avtovağzalda vəziyyət gərginləşdi (FOTO)