» » » “ASAN Xidmət”in səlahiyyətləri artırılıb

“ASAN Xidmət”in səlahiyyətləri artırılıb

“ASAN Xidmət”in səlahiyyətləri artırılıb

Əsasnamədə dəyişiklik edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsi haqqında Əsasnamə”də dəyişikliklər edib.

ucarliyiq.biz-ın məlumatına görə, dəyişikliklər Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin vəzifə və hüquqlarının, hüquqi aktların ekspertizası sahəsində səlahiyyətinin artırılması ilə bağlıdır.
 
Dəyişikliyə əsasən, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin formalaşdırılması və təkmilləşdirilməsində iştirak etmək, həmçinin qanunvericiliyə uyğun aparılmasını təmin  etmək Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin vəzifələri sırasına daxil edilib. 

Agentliyinin Hüquqi təminat şöbəsi Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında elektron informasiya sistemlərinin və ehtiyatlarının yaradılması və təkmilləşdirilməsi ilə bağlı Agentliyin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etdiyi layihələrin hazırlanmasında və icrasında iştirak etmək, görülən işlər barədə arayışlar, hesabatlar almaq, sorğular verilməsini təklif etmək hüququ da qazanıb. 

Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılmasında və nəticəsi barədə arayışların, hesabatların hazırlanmasında iştirak etmək isə Hüquqi təminat şöbəsinin tərkibində Hüquqi aktların ekspertizası sektorunun funksiyaları sırasına daxil edilib.
 
Dövlət Agentliyinin qərarı ilə “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya texnologiyaları şöbəsi haqqında Əsasnamə”yə də dəyişiklik edilib.  

Dövlət Agentliyinin İnformasiya texnologiyaları şöbəsinin vəzifələri sırasına dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin formalaşdırılması, aparılması və təkmilləşdirilməsində iştirak etmək əlavə olunub.