» » » Qeydiyyatda olan narkomanların sayı açıqlandı

Qeydiyyatda olan narkomanların sayı açıqlandı

Qeydiyyatda olan narkomanların sayı açıqlandı

Rəqəmlər hesabatda əksini tapıb.

Azərbaycanda 28 min 656 nəfər qeydiyyatda olan narkotik vasitə istifadəçisi var. 

ucarliyiq.biz-ın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2015-ci illə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabatda əksini tapıb. 

Narkotik aludəçilərinin 20 min 276 nəfəri opioid, 8 min 380 nəfər kannabinoid qrupuna aiddir. Narkotik vasitə istifadəçilərinin 11 min 71 nəfəri (8 min 500 opioid, 2 min 561 kannabinoid qrupuna aiddir) Bakıda qeydiyyatdadır. 

Keçən il respublikanın polis orqanları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrlə bağlı 2 min 935 cinayət faktı aşkarlanıb.

Bu cinayət faktlarından 786-sı (26,7 faiz) narkotik vasitələrin qanunsuz satışı, 1940-ı (66 faiz) satış məqsədi olmayan narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması, 193-ü (6,5 faizi) narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 16-sı (0,5 faiz) sair cinayətlərlə bağlı olub.