» » » Bakı-İstanbul aviareysləri təxirə salındı

Bakı-İstanbul aviareysləri təxirə salındı

Bakı-İstanbul aviareysləri təxirə salındı

Türkiyədə hava şəraiti əlverişsizdir.

Yanvarın 17-də İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) iki Bakı-İstanbul aviareysini təxirə salıb.

ucarliyiq.biz Trend-ə istinadən xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Xatırladaq ki, ilk təyyarə yerli vaxtla saat 06:10-da, ikinci təyyarə isə 20:55-də Bakıdan İstanbula uçmalı idilər.

Qeyd edək ki, son günlər “Türkiyə Hava Yolları” aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.