» » » Mağazaları soyan dostlar saxlanıldı (VİDEO)

Mağazaları soyan dostlar saxlanıldı (VİDEO)

Mağazaları soyan dostlar saxlanıldı (VİDEO)

Biləsuvar rayonu ərazisində ticarət obyektlərinə qənim kəslilən mütəşəkkil oğru dəstə saxlanılıb.
ANS TV-nin məlumatına görə, məlum olub ki, ard-arda oğurluqlar törədib aradan çıxmağa müvəffəq olan Biləsuvar rayonunun Zəhmətabad kənd sakinləri 22 yaşlı Elsevər Rzazadə və 25 yaşlı Heydər Qasımlıdır.
Müstəntiq Elşən Mustafayev deyib ki, saat 04:40 radələrində Kazımov Cəmil Xudaverdi oğluna məxsus "Nur" ərzaq mağazasına daxil olaraq 5200 manat qiymətində ərzaq məhsullarını oğurlayıb. Daha sonra izi itirmək üçün mağazanı yandırmaqla 15 min manat dəyərində maddi ziyan vurub.
İstintaq araşdırması zamanı həmin şəxslərin rayonun kəndlərindəki mağazalardan kontur, siqaret, ərzaq və xırdavat məhsulları, maşınlardan müxtəlif ehtiyat hissələri, mal-qara oğurladıqları da aşkara çıxıb. Saxlanılan şəxslər törətdilkəri əməlləri etiraf ediblər. Hazırda başlanan cinayət işinə görə isə zəhmətsiz qazanc hərisi olan dostları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
Mağazaları soyan dostlar saxlanıldı (VİDEO)

Saxlanılan dostlar