» » » Bərdədə piyadanı vurub öldürdülər

Bərdədə piyadanı vurub öldürdülər

Bərdədə piyadanı vurub öldürdülər

Faktla bağlı araşdırma aparılır.

Bərdədə piyadanın  ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, 1985-ci il təvəllüdlü Bərdə rayon Qaradağlı kənd sakini Nəbiyev Samir Ənvər oğlunun idarə etdiyi avtomobil yolu keçmək istəyən qadını vurub. Nəticədə Bərdə rayon sakini  Cəfərova Rəsmiyyə Mustafa qızı  hadisə yerindəcə ölüb.
 
Qadının meyti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon Şöbəsinə göndərilib.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.