» » » Küçədə keçinən jurnalist öldürülüb? - VİDEO

Küçədə keçinən jurnalist öldürülüb? - VİDEO

Küçədə keçinən jurnalist öldürülüb? - VİDEO

Mərhumun qardaşı danışdı.

Xəbər verdiyimiz kimi, dünən “Respublika” qəzetinin əməkdaşı küçədə müəmmalı şəkildə dünyasını dəyişib.

ucarliyiq.biz-ın ANS TV-yə məlumatına görə, günorta saatlarında Elmlər Akademiyasının yerləşdiyi inzibati binasının qarşısında ölən şəxs “Respublika” qəzetinin baş redaktorunun müavini 64 yaşlı Sabir Mustafayevdir.

Küçədə qəfildən yıxılan jurnalistin döyülərək öldürüldüyü iddia edilir. Mərhumun qardaşı Səxavət Mustafayev onun ədavətdə olduğu şəxs tərəfindən öldürüldüyünü bildirib.

Şahidlərin verdiyi məlumata görə, Sabir Mustafayev parka qaçaraq gəlib. Bu zaman baş verənlərin yaxınlıqda olan təhlükəsiz şəhər kameralarında görüntüləndiyi də ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb edilib. Meyitin üzərinə ilkin baxış keçirilib. Onun yıxılaraq dünyasının dəyişdiyi güman olunur.

Yasamal rayon prokuroru, eləcə də “Respublika” qəzetinin baş redaktoru və əməkdaşları da hadisə yerində olublar. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiziasına aparılıb. Sabir Mustafayevin, deyildiyi kimi, başqası tərəfindən öldürüldüyü və ya qəfildən səhhətinin pisləşməsi səbəbindən dünyasını dəyişdiyi aparılan istintaq araşdırmalarından sonra müəyyənləşdiriləcək.