» » » Respublika fənn olimpiadası başladı - FOTO

Respublika fənn olimpiadası başladı - FOTO

Respublika fənn olimpiadası başladı - FOTO

Nazirlik məlumat yaydı.

Bu gün Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilir.

Nazirlikdən ucarliyiq.biz-ə verilən məlumata görə, 27500-dən çox şagirdin iştirak etdiyi bu bilik yarışında məktəblilər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat və coğrafiya fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilir. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə cavablandırma üçün maksimum 3 saat vaxt verilir.

Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 27-dək Respublika təşkilat komitəsi tərəfindən elan ediləcəkdir.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən hər fəndən və hər sinifdən ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır.

Respublika fənn olimpiadası başladı - FOTO

Respublika fənn olimpiadası başladı - FOTO

Respublika fənn olimpiadası başladı - FOTO

Respublika fənn olimpiadası başladı - FOTO