» » » Sərhədi pozanlar saxlanıldı (VİDEO)

Sərhədi pozanlar saxlanıldı (VİDEO)

Sərhədi pozanlar saxlanıldı (VİDEO)

Dövlət Sərhəd Xidməti qeyri-leqal miqrasiya məqsədlərilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.
ANS TV-nin məlumatına görə, növbəti belə tədbirlər nəticəsində əcnəbilərin ölkə sərhədini pozmasının qarşısını alınıb. 15.01.2016-cı il tarixdə saat 02:30 radələrində Yardımlı rayonunun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir nəfər Hindistan Respublikası vətəndaşları saxlanılıb.
Tovuz Gömrük İdarəsinin əməkdaşları isə gömrük ödənişlərindən yayınma hallarının qarşısını alıb. Tovuz Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikası vətəndaşları Əzimov Əli Çingiz oğlu və Nəmətov Ağaməmməd Mirzə oğlunun idarə etdikləri yük avtomobilləri ilə Belçikadan “AMO” MMC adına gələn 43 ton 824 kiloqram armud yüklərinin müvafiq müşayiətedici sənədlərinə baxış keçirib. Yoxlama zamanı sənədlərdə yükün dəyərinin həddindən artıq aşağı göstərildiyi məlum olub. Buna görə də avtomobillər araşdırma aparılması üçün idarənin əməkdaşları tərəfindən saxlanılıb.