» » » Facebook istifadəçiləri üçün yeni təhlükə – VİDEO

Facebook istifadəçiləri üçün yeni təhlükə – VİDEO

Facebook istifadəçiləri üçün yeni təhlükə – VİDEO

Testin cavabından təsirlənənlər də az deyil.

Adını, soyadını, bürcünü yaz hansı millətə mənsub olduğunu müəyyənləşdir. İndi sosial şəbəkələrdə yayılan bu testdən bir çoxları istifadə edir. 

ucarliyiq.biz Xəzərxəbər-ə istinadən xəbər verir ki, ciddi yaxud qeyri ciddi qəbul etməyinizdən asılı olmayaraq bu testlərin bir çox mənfi nəticələri var.

Son zamanlar facebook istifadəçilərinin bir çoxu bu testlə qarşılaşır. Müəyyən sualları cavablandır hansı millətə mənsub olduğunu öyrən. Bir çoxları qeyri ciddi yanaşsa da, testin cavabından təsirlənənlər də az deyil.

Psixoloqlar isə bunun təhlükəli olduğunu deyirlər. Bu informasiyalar hətta qeyri ciddi qəbul edən insanların təhtəlşüurunda öz işini görür. Buna inanan insanlar üçünsə fəsadlar daha böyükdür. Bu hətta depresiya ilə də nəticələnə bilər.

Ekspertlərin sözlərinə görə isə bu testlər sadəcə olaraq sosial şəbəkələrin insanların daha çox diqqətini çəkməklə çox pul qazanmaq üçün istifadə etdiyi bir metoddur.

Digər tərəfdən bu tip sorğular şəxsi məlumatlarınızın başqalarının əlinə keçməsi üçün də bir vasitədir. Testə başlamazdan əvvəl hətta bəzi fikir vermədiyimiz məqamlar sonradan bizim üçün əsl təhlükəyə çevrilə bilər.