» » » 3,6 milyon nəfərii əhatə edən sosial ödənişlər artırılacaq

3,6 milyon nəfərii əhatə edən sosial ödənişlər artırılacaq

3,6 milyon nəfərii əhatə edən sosial ödənişlər artırılacaq

Nazir müavini açıqlama verib.

Sosial ödənişlərin artırılması məsələsi ardıcıl həyata keçirilir. Bu proseslər müəyyən qiymətləndirmələr əsasında aparılır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.

“Hazırda tərəfimizdən və hökumətin digər müvafiq orqanları tərəfindən qiymətləndirmələr aparılır.

Hər hansı müvafiq dəyişikliklər olarsa, hökumətə bu barədə müvafiq təkliflər təqdim ediləcək”, - deyə nazir müavini qeyd edib.

Nazir müavini qeyd edib ki, “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” ölkə başçısının 16 yanvar 2016-cı il tarixli sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10% artırılaraq 110 manat müəyyən edilib.

Bu sərəncamla 1 mln. 271 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilmiş əlavələr 10% artırılacaq. Birinci qrup gözdən əlillərin və birinci qrup əlil olan digər pensiyaçıların pensiyalarında daha əhəmiyyətli dərəcədə artımlar ediləcək.

Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 mln. manat əlavə büdcə vəsaiti sərf olunacaqdır.

İ. İsayev həmçinin vurğulayıb ki, yaxın günlərdə digər sosial ödənişlərin, o cümlədən əmək haqlarının artırılması barədə ardıcıl şəkildə müvafiq fərman və sərəncamların imzalanması, qərarların qəbul olunması, nəticə etibarilə ümumilikdə 3,6 mln. nəfəri əhatə edən sosial ödənişlərin artırılması nəzərdə tutulur.