» » » 1 milyon 223 min nəfərin pensiyası artır

1 milyon 223 min nəfərin pensiyası artır

1 milyon 223 min nəfərin pensiyası artır

“Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanması təmin ediləcək. Əmək pensiyalarının baza hissəsinin artırılmasına dair sərəncam təxminən 1 milyon 223 min pensiyaçıya şamil olunacaq”.
Ucarliyiq.biz xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Fond sədri Azərbaycanda 1 yanvar 2016-cı il tarixə 1 milyon 296 min pensiyaçının olduğunu bildirib.
Onun sözlərinə görə, bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 73 min nəfərdir. Onların pensiyaları isə "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq fərqli qaydada artırılır.
1 milyon 223 min nəfərin pensiyası artır

DSMF sədri bildirib ki, pensiyanın baza hissəsini 100% alanların (1 milyon 169 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaq. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar ((I qrup gözdən əlillər istisna olmaqla) 17 min nəfər)) üzrə artım 13 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə ((I qrup gözdən əlillər) 8700 nəfər)) isə 21 manat təşkil edəcək.
Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 220 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 203 manat 50 qəpiyə çatacaq.
Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artacaq.
İkinci Dünya Müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi 19 manat, I qrup müharibə əlillərinin 25 manat, II qrup əlillərinin 21 manat, III qrupda isə 19 manat artırılacaq.
E.Mehdiyev qeyd etdi ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcək.
Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" 16 yanvar sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10% artırılaraq 110 manat müəyyən edilib.