» » » Mingəçevirdə qadın özünü Kürə atdı

Mingəçevirdə qadın özünü Kürə atdı

Mingəçevirdə qadın özünü Kürə atdı

Faktla bağlı araşdırma aparılır.

Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Mingəçevir şəhəri ərazisindən keçən Kür çayı üzərindəki körpüdə qeydə alınıb. 

Şəmkir rayonu Çənlibel kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynova Səbinə Hüseyn qızı özünü Kür çayına ataraq intihar etmək istəyib. 

Yaxınlıqdakı insanların köməyi ilə qadın qısa vaxt ərzində sudan çıxarılaraq Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.