» » » ABŞ konsulluğu qarşısında kamikadze tutuldu

ABŞ konsulluğu qarşısında kamikadze tutuldu

ABŞ konsulluğu qarşısında kamikadze tutuldu

Səudiyyə Ərəbistanı terror hadisəsindən son anda xilas ola bilib. ucarliyiq.biz-in məlumatına görə, Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşən ABŞ konsulluğunun qarşısında bir nəfər özünü partlatmaq istəyib.



Lakin güc strukturlarının köməyi ilə onu vaxtında zərərsizləşdirmək mümkün olub. Hadisə yerinə cəlb olunan polis əməkdaşları canlı qüvvəni məhv etmək ona atəş açıblar. 



Bəzi məlumatlara görə, partlayış hər halda baş verib. Amma partlayışın hansı səbəbdən baş verdiyi dəqiq bilinmir. Yəni, ya terrorçu-kamikadze üzərinə bərkidilmiş qurğunu partlatmağa macal tapıb, ya da bomba hücumcuya açılan atəş nəticəsində partlayıb. 



Hadisə nəticəsində səfirliyinin iki əməkdaşının yüngül yaralandığı deyilir. Onlar dərhal təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya çatdırılıblar. Hazırda insidentin baş verdiyi rayon mühasirəyə alınıb. Kamikadzenin yoldaşlarının axtarışları davam etdirilir.


Son terror aktı ötən gün İraqda baş verib. İraqın paytaxtı Bağdadın mərkəzində ard-arda iki partlayış törədilib. Nəticədə 160-dan çox insan ölüb, 200-dən çox insan isə yaralanıb. 


ABŞ konsulluğu qarşısında kamikadze tutuldu


Məlumatına görə, birinci partlayış dini mərkəzin yaxınlığında törədilib. Binanın yaxınlığında minalanmış avtomobil partladılıb.



Bir müddət sonra, İraq paytaxtının şimalında Əş-Şaab bazarının yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşüb.



Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatının yaraqlıları öz üzərlərinə götürüblər.