» » » FHN-nin təyyarəsində ölənlərin hamısının meyiti tapıldı

FHN-nin təyyarəsində ölənlərin hamısının meyiti tapıldı

FHN-nin təyyarəsində ölənlərin hamısının meyiti tapıldı

Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan Fövqaladə Hallar Nazirliyinə məxsus təyyarədə ölənlərin hamsının cəsədləri artıq tapılıb. ucarliyiq.biz-in məlumatına görə, qəzaya uğrayan Rusiya Fövqaladə Hallar Nazirliyinə məxsus "İl 76" təyyarəsində 10 nəfər ekipaj üzvü olub.


FHN-nin təyyarəsində ölənlərin hamısının meyiti tapıldı


İyulun 1-də radarlardan toxa çıxan təyyarənin axtarışı bütün gecə boyu davam etdirilib. Bu barədə danışan region üzrə Fövqaladə Hallar Naziriliyi nümayəndəliyinin rəhbəri Sergey Didenko məlumat verib.



Öz növbəsində Fövqaladə Hallar naziri Vladimir Puçkov meyidlərin şəxsiyyətinin tanınması prosesinin İrkutskda keçiriləcəyini qeyd edib. Artıq bununla bağlı əraziyə Moskvadan mütəxəsislər cəlb edilib.


İyul ayının 1-də İrkutsk vilayətində Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus "İl-76" təyyarəsi ilə əlaqə kəsilib. Təyyarə meşə yanğınlarının söndürülməsində iştirak edib.



Rusiya FHN-dən mətbuata bildirilib ki, təyyarə qatı tüstü zonasında uçuş etdikdən sonra radarlardan itib. Sonuncu dəfə təyyarə ilə 06:30-da əlaqə saxlanmalı olduğu halda bu baş verməyib.


FHN-nin təyyarəsində ölənlərin hamısının meyiti tapıldı