» » » Terror qurbanlarının sayı 213 nəfərə çatdı

Terror qurbanlarının sayı 213 nəfərə çatdı

Terror qurbanlarının sayı 213 nəfərə çatdı

İraqın paytaxtı Bağdadda terror qurbanlarının sayı artmaqda davam edir. Ötən gün baş verən ardıcıl terror hadisələri nəticəsində ölənlərin sayı artaraq 213 nəfərə çatıb. ucarliyiq.biz məlumatına görə, ilkin olarq ölü sayının 165 nəfər olduğu bildirilirdi. 



Terror qurbanlarının artacağı istisna edilmir. 


Terror qurbanlarının sayı 213 nəfərə çatdı


Birinci partlayış dini mərkəzin yaxınlığında törədilib. Binanın yaxınlığında minalanmış avtomobil partladılıb.



Bir müddət sonra, İraq paytaxtının şimalında Əş-Şaab bazarının yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşüb.İraq rəsmi dairələrinin məlumatına əsasən partlayış sakinlərin Ramazan ayının başa çatması münasibətilə bazarlıq etdikləri Karrada məhəlləsində törədilib.



Ümumilikdə bu ilin ötən dövründə - fevralın 28-dən iyunun 9-dək olan müddətdə İŞİD tərəfindən İraqda törədilən 7 terror aktı nəticəsində ümumilikdə 340-dan insan həlak olub.



İyulun 3-də törədilən terror aktı ölən və yaralananların sayına görə əvvəlki partlayışlardan daha ağır tələfata nəticələnib.


Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatının yaraqlıları öz üzərlərinə götürüblər. Partlayışlar Əl Fəlluca şəhərinin İŞİD-dən tamamilə azad edilməsi ilə əlaqələndirilir. İraqın baş naziri Heydər Abadi partlayış yerini ziyarət etdikdən sonra bildirib ki, bu terror aktı İraq ordusunun uğurlu əməliyyatlarına cavabdır.